Alimlər doksisiklin antibiotikinin bakteriyalarla mübarizə aparan iki yeni təsir mexanizmini aşkarlayıblar
01.08.2026 15:13

Böyük Britaniyanın Ekseter Universitetinin alimləri geniş istifadə olunan doksisiklin antibiotikinin bakteriyalarla mübarizə aparan iki yeni təsir mexanizmini aşkar ediblər.

 

Aztibb.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal səhiyyədə mikrobların dərmanlara qarşı müqavimətinin artdığı bir dövrdə əldə edilən bu nəticələr infeksiyaların müalicəsində yeni perspektivlər açır.

 

Tədqiqatçılar heyvanlardan insanlara hava vasitəsilə keçən və ağır qripəbənzər simptomlar törədən Coxiella burnetii bakteriyasını elektron mikroskopiyası altında araşdırıblar. Məlum olub ki, dərmanın məlum olan birinci təsirindən (ribosomların zülal təlimatlarını oxumasına mane olmaq) əlavə, ikinci sürpriz mexanizm də mövcuddur: doksisiklin molekulları üst-üstə yığılaraq hazır zülalların ribosomdan çıxış yolunu tamamilə bağlayır. Bu səbəbdən bakteriya həyat üçün vacib zülalları hasil edə bilmir, böyüməsi və çoxalması dayandırılır.

 

Bundan başqa, alimlər E. coli (bağırsaq çöpü) bakteriyasında üçüncü effekti də müşahidə ediblər: doksisiklinin bir tək molekulu ribosomun strukturunu elə dəyişir ki, "hüceyrə fabriki" ümumiyyətlə işini dayandırır. Mütəxəssislər ümid edirlər ki, bu kəşflər gələcəkdə daha təsirli antibiotiklərin sintez olunmasına və dərmanlara davamlı supermikroblarla mübarizəyə kömək edəcək.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?