Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
29.07.2026 12:11

Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi Nazim Qasımov uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ağsu RMX məlumat yayıb.

 

Məlumatda bildirilir: "Dərin hüznlə bildiririk ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi Qasımov Nazim Ayaz oğlu 28.07.2026-cı il tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Qasımov Nazim Ayaz oğlu uzun illər Ağsu Rayonu Mərkəzi Xəstəxanasında həkim-pediatr vəzifəsində çalışaraq peşəkarlığı, yüksək insani keyfiyyətləri və fədakar fəaliyyəti ilə həmkarlarının, eləcə də yüzlərlə ailənin dərin hörmət və rəğbətini qazanmışdır. O, qayğıkeş həkim kimi yüzlərlə uşağın sağlamlığına qovuşmasına öz töhfəsini verib.

 

Əziz həmkarımızın vəfatından dərin kədər hissi keçirir, ailəsinə, doğmalarına və yaxınlarına səbir diləyirik.

 

Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun".

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb