Azərbaycan Tibb Universiteti DİM-in sərgisində geniş imkanlarını təqdim edir
29.07.2026 10:44

Azərbaycan Tibb Universiteti (ATU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində iştirak edir. Ölkənin aparıcı tibb təhsili ocağı sayılan ATU sərgi çərçivəsində abituriyentlərə müasir təhsil imkanlarını, geniş maddi-texniki bazasını və gələcək peşə inkişafı üçün yaratdığı şəraiti təqdim edir.

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

İxtisas seçimi ərəfəsində olan gənclər üçün mühüm məlumat platforması olan sərginin əsas məqsədi abituriyentləri ali təhsil müəssisələrinin fəaliyyəti, tədris imkanları və qəbul prosesi ilə yaxından tanış etmək, onların gələcək peşə seçiminə düzgün istiqamət verməkdir.

 

Sərgini ziyarət edənlər ATU-nun stendində universitetə qəbul qaydaları, ixtisaslar, tədris proqramları, tələbələr üçün yaradılan imkanlar, klinik bazalar, elmi fəaliyyət istiqamətləri, təhsil haqqı və digər aktual məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.

 

Zəngin ənənələrə və yüksək elmi potensiala malik Azərbaycan Tibb Universiteti uzun illərdir ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verən peşəkar həkimlər, tibb mütəxəssisləri və alimlər yetişdirir. Universitet yalnız ölkəmizdən deyil, dünyanın müxtəlif ölkələrindən olan tələbələrin də seçdiyi nüfuzlu ali təhsil müəssisələrindən biridir.

 

Hazırda ATU-da 6 fakültə üzrə – I Müalicə-profilaktika, II Müalicə-profilaktika, İctimai səhiyyə, Stomatologiya, Əczaçılıq və Hərbi tibb fakültələrində müasir standartlara uyğun kadr hazırlığı həyata keçirilir.

 

Universitetin tədris və elmi infrastrukturu tələbələrin keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradır. ATU-nun 4 klinikası, 6 tədris binası, inzibati binası və 1700 yerlik 6 tələbə yataqxanası mövcuddur. Müasir tipli 11 mərtəbəli tədris binası isə 2500 tələbənin eyni vaxtda təhsil almasına imkan verir.

 

Tədris binasında nəzəri kafedralarla yanaşı, internet mərkəzi, zəngin kitab fonduna malik kitabxana və “Təbib” nəşriyyatı fəaliyyət göstərir. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş elmi-tədqiqat laboratoriyaları tələbə və gənc alimlərin araşdırmalar aparmasına, yeni elmi nailiyyətlərin əldə olunmasına mühüm şərait yaradır.

 

Qeyd edək ki, sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, eləcə də ölkənin 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edir.

 

DİM-in Elektron imtahanlar korpusunda təşkil olunan sərgi iyulun 31-dək davam edəcək. Abituriyentlər sərgini ziyarət etməklə, Azərbaycan Tibb Universitetinin təqdim etdiyi geniş imkanlarla tanış ola və gələcək təhsil yolları ilə bağlı dolğun məlumat əldə edə bilərlər.

ÇOX OXUNANLAR
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir     
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İSİM-in nümayəndələri
Oğuz rayonunda 220-dən çox uşaq tibbi müayinələrə cəlb olunub