ATU-nun Tədris Cərrahiyyə Klinikasında nadir klinik hal uğurla aradan qaldırılıb
29.07.2026 09:41

52 yaşlı qadın xəstə sol qalça çuxuru nahiyəsində ağrı və yüksək hərarət şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, xəstənin anamnezindən məlum olub ki, 4 il əvvəl açıq üsulla xolesistektomiya əməliyyatı keçirib. Əməliyyatdan iki il sonra onda davamlı diareya yaranıb və bu səbəbdən müxtəlif müayinə və müalicələr alıb. Təxminən bir il əvvəl isə xəstə vaginoplastika əməliyyatı keçirib.

 

Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti Anar Namazov bildirib ki, son iki həftə ərzində ağrıların kəskinləşməsi və yüksək hərarətin müşahidə olunması səbəbindən xəstəyə oral və venadaxili kontrast maddə ilə tam qarın kompüter tomoqrafiyası (KT) müayinəsi aparılıb. Müayinə zamanı sol qalça çuxuru nahiyəsində infiltrativ toxumanın mərkəzində abses və yad cisim aşkarlanıb.

 

Diaqnozun dəqiqləşdirilməsi məqsədilə xəstə üzərində diaqnostik laparoskopiya icra olunub. Əməliyyat zamanı infiltrativ nahiyənin qarının ön divarına sıx bitişdiyi müəyyən edilib. Texniki baxımdan mürəkkəb şəkildə ayrılan toxuma geniş sərhədlər daxilində rezeksiya olunub.

 

Əməliyyatın növbəti mərhələsində aparılan diqqətli təftiş zamanı abses boşluğunun mərkəzində KT müayinəsində görünən yad cisim – diş çöpü (kürdan) aşkarlanaraq xaric edilib. Beləliklə, uzun müddət müxtəlif şikayətlərə səbəb olan nadir klinik hal uğurla aradan qaldırılıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır