Azərbaycan üçün iki yeni mamır növü ilk dəfə qeydə alınıb    
28.07.2026 16:34

AR ETN Botanika İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədovanın xarici alimlərlə həmmüəllifi olduğu "New national and regional bryophyte records, 85" ("Yeni milli və regional briofit qeydləri, 85") adlı elmi məqalə beynəlxalq elmi bazalarda indekslənən Q2 kvartilli "Journal of Bryology" jurnalında dərc olunub. Məqalədə dünyanın müxtəlif ölkələrindən 40-dan çox tədqiqatçının elmi nəticələri təqdim edilib.

 

Bu barədə Aztibb.az-a İnstitutdan xəbər verilib.

Bildirilib ki, nəşrdə Azərbaycan brioflorası üçün ilk dəfə qeydə alınmış iki mamır növü – Grimmia hartmanii Schimp və Hypnum jutlandicum Holmen & E. Warncke təqdim olunub. Tədqiqat zamanı Grimmia hartmanii növü Masallı rayonundakı Hirkan Milli Parkında, Hypnum jutlandicum növü isə Xaçmaz rayonundakı Samur-Yalama Milli Parkında aşkar edilib. Aparılan morfoloji tədqiqatlar və beynəlxalq taksonomik mənbələrlə müqayisələr nəticəsində bu növlərin Azərbaycan brioflorası üçün yeni qeydlər olduğu müəyyən edilib. Məqalədə yeni qeydə alınmış növlərin diaqnostik əlamətləri, yayılma arealları və onları oxşar növlərdən fərqləndirən morfoloji xüsusiyyətlər təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır