Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşı beynəlxalq səviyyəli MBA proqramını fərqlənmə ilə başa vurub
28.07.2026 15:21
Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Şahlar Mirqasım Böyük Britaniyanın nüfuzlu University of Cumbria Universitetində tədris olunan MBA in International Healthcare Management (Beynəlxalq Səhiyyə İdarəetməsi üzrə Biznesin İdarəedilməsi Magistri) proqramını Pass with Distinction ("Fərqlənmə ilə") akademik dərəcəsi ilə uğurla başa vurub.
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Səhiyyə İdarəetməsi üzrə MBA proqramı səhiyyə müəssisələrinin rəhbərləri və idarəediciləri üçün nəzərdə tutulmuş qabaqcıl beynəlxalq təhsil proqramlarından biri olmaqla strateji idarəetmə, liderlik, səhiyyə iqtisadiyyatı, maliyyə idarəetməsi, tibbi xidmətlərin keyfiyyətinin idarə olunması, rəqəmsal transformasiya, innovasiyaların tətbiqi və səhiyyə sistemlərinin dayanıqlı inkişafı istiqamətlərində müasir bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.
Əldə olunan beynəlxalq dərəcə səhiyyə sahəsində həyata keçirilən institusional inkişaf, müasir idarəetmə yanaşmalarının tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, rəqəmsal transformasiya layihələrinin genişləndirilməsi və insan resurslarının inkişafı istiqamətində görülən işlərə mühüm töhfə verəcəkdir. Qazanılmış bilik və beynəlxalq təcrübə səhiyyə xidmətlərinin daha da təkmilləşdirilməsi, qabaqcıl idarəetmə mexanizmlərinin tətbiqi və beynəlxalq standartlara uyğun fəaliyyətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Proqramın Fərqlənmə ilə başa vurulması yüksək akademik göstəricilərin, analitik və strateji düşüncə qabiliyyətinin, müasir səhiyyə idarəetməsi prinsiplərinin dərindən mənimsənilməsinin və liderlik bacarıqlarının beynəlxalq səviyyədə təsdiqi hesab olunur. Bu nəticə yalnız proqram üzrə ən yüksək akademik nailiyyət nümayiş etdirən məzunlara təqdim edilir.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

