ÜST Avropa regionunda uşaq və yeniyetmələrin psixi sağlamlığı xidmətlərinin keyfiyyətini gücləndirir
28.07.2026 11:13

Uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin gücləndirilməsi ÜST-nin Avropa Regionunda əsas prioritetlərdən biridir. Hazırda regionda hər beş yeniyetmədən biri psixi sağlamlıq problemi ilə yaşayır, 15–29 yaşlı gənclər arasında isə intihar ölümün əsas səbəblərindən biri olaraq qalır.

Bu məqsədlə Tacikistanın Düşənbə şəhərində keçirilən ÜST Avropa Regionunun Keyfiyyətli Tibbi Yardım və Pasiyent Təhlükəsizliyi Məktəbi – Mərkəzi Asiya üzrə Xüsusi Buraxılış: Uşaq və Yeniyetmələrin Psixi Sağlamlığı Xidmətlərinin Keyfiyyəti üzrə Regional Görüş ölkələr arasında təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi və psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində birgə fəaliyyətin sürətləndirilməsi üçün mühüm platforma olub.

 

Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ÜST-nin Azərbaycan Ölkə Ofisi ilə birlikdə ölkədə əldə olunan nailiyyətləri təqdim edib, digər ölkələrin təcrübəsini öyrənib və gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək regional dialoqda fəal iştirak edib.

Tədbir çərçivəsində Uşaq və Yeniyetmələrin Psixi Sağlamlığı Xidmətləri üzrə ÜST Keyfiyyət Standartları, Psixi Sağlamlıq Sistemlərinin Xəritələndirilməsi Aləti və Klinik Audit Aləti təqdim olunub. Eyni zamanda, iştirakçılar qabaqcıl təcrübələri bölüşüb, mövcud çağırışları və boşluqları müzakirə edib, potensialın gücləndirilməsi və xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması üzrə növbəti addımları müəyyənləşdiriblər.


Görüşün əsas mesajı ondan ibarət idi ki, yüksək keyfiyyətli, insanyönümlü psixi sağlamlıq xidmətlərinin təmin edilməsi üçün güclü liderlik, davamlı investisiyalar, peşəkar və dəstəklənən insan resursları, keyfiyyətin davamlı təkmilləşdirilməsi, eləcə də uşaqların, yeniyetmələrin və onların ailələrinin qərarvermə proseslərinə mənalı şəkildə cəlb olunması həlledici əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Tacikistan Respublikasının Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında uşaq və yeniyetmələrin psixi sağlamlığı xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Memorandum imzalanıb.

Birgə əməkdaşlıq, qarşılıqlı öyrənmə və təcrübə mübadiləsi sayəsində region ölkələri hər bir uşaq və gənc üçün daha keyfiyyətli, əlçatan və insanyönümlü psixi sağlamlıq xidmətlərinin qurulması istiqamətində mühüm addımlar atırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır