2030-cu ilədək 3 milyondan çox insan HİV-ə yoluxa bilər - BMT
28.07.2026 13:55

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 26-cı Beynəlxalq QİÇS-HİV Konfransının açılışından əvvəl BMT-nin dərc etdiyi hesabata görə, QİÇS epidemiyası qabaqlayıcı dərmanlara qeyri-bərabər çıxış və qlobal maliyyələşdirmənin kəskin azalması fonunda yenidən canlana bilər.

 

Aztibb.az news.un.org-a  istinadla xəbər verir ki, hesabatda deyilir: “2025-ci ildə 1,2 milyon insan QİÇS-HİV-ə yoluxub və 570 min nəfər bu virusla əlaqəli xəstəliklərdən ölüb. Xəstələrin 22 faizi hələ də müalicə almır. Bundan başqa, QİÇS-in profilaktikası və müalicəsi üçün maliyyələşdirmə 18 faiz azalıb və son 20 ilin ən aşağı səviyyəsinə düşüb. “Lenakapavir” kimi yeni dərmanlar HİV infeksiyasının qarşısını almaqda təxminən 100 faiz təsirlidir, amma onlar çox bahadır. Epidemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün 20 milyon insanın antiretrovirus əsaslı profilaktikaya çıxışı olmalıdır. “Lenakapavir”in ümumi versiyaları ildə adambaşına cəmi 40 dollara başa gələ bilər, lakin onlar bir çox ölkədə əlçatmaz olaraq qalacaq.

 

Hesabatda qeyd olunur ki, bu onilliyin sonuna qədər üç milyondan çox insan HİV-ə yoluxa bilər, lakin bu böhranı dayandırmaq üçün qabaqlayıcı dərmanlardan tutmuş sübut olunmuş təcrübəyə malik icma tərəfindən idarə olunan müdaxilələrə qədər vasitələr artıq mövcuddur. Maliyyə vəsaitinin azalması yeganə çatışmazlıq sayılır.

 

2030-cu ilə qədər epidemiyanın sona çatması üçün çalışan UNAIDS agentliyinin yeni hesabatına görə, bu artan maliyyələşdirmə boşluğu artıq ölkələri vacib xidmətləri azaltmağa və ictimai təşkilatları bağlamağa məcbur edir. Agentlik xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, bəşəriyyət bu epidemiyanın yenidən canlanması ilə üz-üzə qalacaq.

 

BMT vurğulayıb ki, indiyədək bu sahədə qazanılan nailiyyətlərin milyonlarla insan üçün əlçatmaz qalacağı ilə bağlı artan narahatlıq var, çünki dərmanlar çox bahalıdır və qiymətlər əczaçılıq patenti sahibləri tərəfindən idarə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır