İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür  
28.07.2026 09:11

Hər il iyulun 28-i dünyada Dünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi hepatit viruslarının yaratdığı təhlükə barədə ictimaiyyətin məlumatlandırılması, xəstəliyə qarşı mübarizənin gücləndirilməsi və virusun yayılmasının qarşısının alınmasıdır.

 

Aztibb.az xəbər verir ki, hepatit – qaraciyərin iltihabi xəstəliyi olub, müxtəlif növ viruslar tərəfindən törədilir. Bu viruslar arasında Hepatit A, B, C, D və E virusları ən geniş yayılmış və insan sağlamlığı üçün ciddi təhlükə yaradanlardır. 2010-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Hepatit Birliyi (DHP) tərəfindən 28 iyul bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə çəkmək məqsədilə “Dünya Hepatit Günü” kimi təyin olunmuşdur. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır.

 

Mütəxəssislərin fikrincə Hepatit – qaraciyərin iltihabi xəstəliyidir və onun əsas səbəbi hepatit viruslarıdır. Bu viruslar qaraciyər toxumasına zərər verərək, onun normal işləməsinə mane olur. Əgər vaxtında müalicə olunmasa, hepatit uzun müddət ərzində xroniki hala çevrilə və nəticədə qaraciyər sirrozu, hətta xərçəng kimi ciddi fəsadlara gətirib çıxara bilər. Dünyada hazırda təxminən 300 milyondan çox insan hepatit B və C viruslarının xroniki daşıyıcısıdır. Təəssüf ki, bu xəstəliklər hər il 1,5 milyondan çox insanın həyatına son qoyur. Hepatit virusları müxtəlif yollardan – qan, bədən mayeləri və ya çirklənmiş qida-suy vasitəsilə yoluxa bilir. Ona görə də, hepatitin qarşısını almaq üçün həm fərdi gigiyena qaydalarına riayət etmək, həm də müasir profilaktik tədbirlərdən istifadə etmək çox önəmlidir.

 

Bu tarix “Ümumdünya Hepatit Günü” qlobal ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyi barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir. Hazırda dünyada 400 milyona yaxın insan hepatit xəstəliyinə yoluxub. Hər il dünyada təxminən 1,4 milyon insan hepatitdən dünyasını dəyişir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır