Həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası məqsədilə master-klas təşkil olunub
27.07.2026 15:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetinin benefisiarları üçün açıq havada master-klas təşkil edilib.

 

Bu barədə Aztbb.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə kabinetin sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynləri iştirak edib. Burada məqsəd sosial inklüzivliyin gücləndirilməsi, həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və asudə vaxtının səmərəli təşkilidir.

 

Qeyd edilib ki, uşaqların sosial bacarıqlarının inkişafı və ətraf mühitlə yaxından tanışlığı üçün rəngləmə, müxtəlif interaktiv oyunlar, musiqili çıxışlar, komanda oyunları, həmçinin peşəkar animatorların təqdimatında rəngarəng şou-proqram təşkil edilib.

Həmçinin iştirakçıların ünsiyyət bacarıqlarının, kollektiv fəaliyyət vərdişlərinin və özünəinamının inkişafını hədəfləyən tədbir rəngarəng görüntülərlə yadda qalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır