Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub    
27.07.2026 16:05

ETN Botanika İnstitutunun doktorantı Aynur Mehdiyeva Türkiyənin Hacettepe Universitetində elmi ezamiyyətdə olub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, ezamiyyət müddətində Aynur Mehdiyeva palinoloji analizlərin aparılması metodologiyasını mənimsəyərək bu sahədə nəzəri və praktiki biliklərini artırıb. O, dissertasiya işi üzrə tədqiq etdiyi mübahisəli bitki növlərinin palinoloji analizlərini həyata keçirib, əldə olunan nəticələr əsasında həmin növlərin sistematik mövqeyinin dəqiqləşdirilməsi üçün araşdırmalar aparıb.

 

Tədqiqatlara Hacettepe Universitetinin dosenti, doktor Gülşən Zare elmi rəhbərlik edib.

 

Qeyd edək ki, Botanika İnstitutu ilə Hacettepe Universiteti arasında mövcud elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi ezamiyyət doktorantın dissertasiya işinin yerinə yetirilməsində müasir analiz metodlarından istifadə imkanlarını genişləndirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev