Elmi-Tədqiqat Pediatriya İnstitutunda boğulmuş qasıq yırtığından əziyyət çəkən körpə xilas edilib
25.07.2026 12:41
İmtina olunan körpə Respublika Pediatrik Mərkəzdən ağır vəziyyətdə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna sol tərəfli boğulmuş qasıq yırtığı və sağ tərəfli qasıq yırtığı diaqnozu ilə təcili hospitalizasiya olunub.
 
Aztibb.az xəbər verir ki, körpənin çəkisinin az, anemiyanın olmasına baxmayaraq müayinə zamanı yırtıq möhtəviyyatının qarın boşluğuna qaytarılmasının mümkün olmadığı müəyyən edildiyindən, müayinələrdən sonra xəstə təxirəsalınmaz cərrahi müdaxiləyə götürülüb.
 
Əməliyyat uşaq cərrahı Heyrət Əhmədov tərəfindən həyata keçirilib. Cərrahi briqadanın tərkibində assistent Sabir Novruzov və anestezioloq Nailə Səlimova da iştirak ediblər. İcra olunan əməliyyat zamanı sol qasıq nahiyəsində boğulmuş yırtıq açılaraq bağırsaq ilgəkləri sərbəstləşdirilib. Cərrahiyyə zamanı bağırsağın təxminən 25 sm-lik hissəsinin boğulduğu, ödem və qan dövranının pozulması əlamətlərinin olduğu müəyyən edilib. Bağırsağın həyat qabiliyyəti əməliyyat zamanı qiymətləndirilib və qənaətbəxş hesab olunduğundan rezeksiya aparılmadan qarın boşluğuna yerləşdirilib.
 
Daha sonra sağ tərəfli qasıq yırtığı da cərrahi yolla aradan qaldırılıb və hər iki tərəfdə yırtıq plastikası icra olunub.
 
Vaxtında göstərilən ixtisaslaşmış tibbi yardım sayəsində yaranan problem aradan qaldırılıb və körpə yenidən Respublika Pediatrik Mərkəzə təhvil verilib. Bu əməliyyatdan sonra körpənin RPM-də stasionar müalicə alan qardaşıda institutun cərrahları tərəfindən konsultasiya edilib və planlı əməliyyat nəzərdə tutulub, həmçinin tövsiyələr verilib.
 
Pediatriya İnstitutu valideynlərə tövsiyə edir ki, uşaqlarda qasıq nahiyəsində şişkinlik, qəfil ağrı, qusma və ya nəcisində qanlı ifrazat görünərsə, vaxt itirmədən cərrahiyyə şöbəsi olan tibb müəssisəsinə müraciət etsinlər. Boğulmuş qasıq yırtığı təcili cərrahi müdaxilə tələb edən və gecikdirildiyi halda fəsadlara səbəb ola bilən vəziyyətdir.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır