Türkiyədə yay təcrübəsi fürsəti - Rəcəb Tayyib Ərdoğan Universitetində 1 aylıq təcrübə proqramına müraciətlər başladı
23.07.2026 12:48

Azərbaycan Tibb Universitetinin tələbələri üçün Türkiyənin Rize şəhərində yerləşən Rəcəb Tayyib Ərdoğan Universitetində yay təcrübə proqramına müraciət açıq elan olunur.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetində təhsil alan 15-20 nəfər tələbə üçün 1 aylıq yay təcrübə proqramında iştirak imkanı yaradılır.

Proqram haqqında:

Müddət: 10 avqust-10 sentyabr 2026-cı il

Yer: Rəcəb Tayyib Ərdoğan Universiteti, Rize, Türkiyə

Sahə: Tibb üzrə praktik təcrübə

Yerlərin sayı: Məhdud (15-20 nəfər)

 

Təcrübə keçilə biləcək şöbələr:

Ailə təbabəti

Ağciyər Xəstəlikləri

Uşaq Sağlamlığı və Xəstəlikləri (Pediatriya)

Anesteziologiya və Reanimatologiya

Daxili Xəstəliklər

Tələb olunan sənədlər:

Akademik transkript (minimum 90+ GPA)

Xarici pasportun surəti

Fakültə dekanı tərəfindən tövsiyə məktubu.

 

Universitet tərəfindən yataqxana ilə təminat mövcuddur və qiymətlər münasibdir.

 

Maraqlanan tələbələr qeyd olunan sənədləri international@amu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 28 iyul 2026-cı il

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib