Monqolustanda bubonik taun şübhəsi qeydə alınıb
22.07.2026 15:04

 

Monqolustanın qərbində yerləşən Hovd əyalətində bubonik taun xəstəliyinə şübhəli yoluxma halı qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Monqolustanın Zoonotik Xəstəliklər üzrə Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, həmin şəxsin Bayan-Ülgi əyalətinə səfəri zamanı marmot əti qəbul etdikdən sonra xəstəliyə yoluxduğu ehtimal edilir. Hazırda diaqnozun təsdiqlənməsi üçün PCR testi aparılır.

 

Qeyd edilib ki, Monqolustanın 21 əyalətindən 17-si bubonik taun riski altında hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bubonik taun vəhşi gəmiricilərdə yaşayan birələr vasitəsilə yayılan bakterial xəstəlikdir və vaxtında müalicə olunmadıqda 24 saat ərzində ölümcül ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır