Sabunçu Tibb Mərkəzində maarifləndirici tədbir: "Etik davranış qaydaları və xidmət mədəniyyəti”
22.07.2026 09:35

Sabunçu Tibb Mərkəzində “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.

 

Bildirilib ki, tədbir xəstə xidmətləri şöbəsinin əməkdaşları üçün təşkil olunub və əsas məqsəd bu sahədə çalışan personalın pasiyentlərlə ünsiyyət bacarıqlarının daha da təkmilləşdirilməsi, etik prinsiplərin gündəlik fəaliyyətdə düzgün tətbiqi və xidmət keyfiyyətinin artırılması olub.

 

Görüş zamanı iştirakçılara - pasiyentlərlə empatik və düzgün ünsiyyət, etik davranış qaydalarının praktik tətbiqi, müraciətlərin düzgün idarə olunması və xidmət mədəniyyətinin yüksəldilməsi yolları ilə bağlı ətraflı məlumat verilib.

 

Tədbir çərçivəsində real situasiyalar əsasında müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb və praktik tövsiyələr təqdim olunub.

 

Sonda qeyd olunub ki, bu kimi təlimlərin davamlı təşkili vətəndaş məmnuniyyətinin artırılmasına və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub