Yeni Klinikada qaraciyər sağlamlığı üzrə maarifləndirici tədbir təşkil olunub  
21.07.2026 16:07
Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin təşkilatçılığı ilə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirin əsas məqsədi qaraciyər sağlamlığının qorunması, qaraciyər xəstəliklərinin erkən diaqnostikası, profilaktik tədbirlərin təşviqi, sağlam həyat tərzinin təbliği, virus hepatitləri barədə ictimai məlumatlılığın artırılması və qaraciyər transplantasiyası sahəsində maarifləndirmənin gücləndirilməsi olub.
 
Açılış mərasimində Yeni Klinikanın direktor müavini, Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov layihənin məqsədi, qarşıya qoyulan vəzifələr, həyata keçiriləcək fəaliyyətlər və gözlənilən nəticələr barədə geniş məlumat verib. O, bu layihənin qaraciyər xəstəliklərinin profilaktikası istiqamətində əhalinin məlumatlılığının artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət etdiyini qeyd edib.
 
Tədbirin elmi hissəsində Dr. İntizar Məmmədova "Qaraciyər sağlamlığı: profilaktikadan transplantasiyaya uzanan yol", dietoloq Gülnar Abdullayeva "Qaraciyərin qorunmasında qidalanmanın rolu", infeksionist İbrahim Rufullayev isə "Hepatit C" mövzusunda təqdimatlarla çıxış ediblər.
 
Məruzələr zamanı qaraciyər sağlamlığının qorunması yolları, düzgün qidalanmanın bu prosesdəki əhəmiyyəti, hepatit C virusunun yoluxma yolları, müasir diaqnostika və müalicə imkanları, eləcə də profilaktik tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.
 
Tədbirin sonunda təşkil olunan "Mənim sualım var" adlı interaktiv sessiya çərçivəsində iştirakçılar onları maraqlandıran sualları məruzəçilərə ünvanlayıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev