Vaxtından əvvəl doğulmuş yenidoğulmuş uğurla müalicə olunaraq evə yazılıb  
21.07.2026 15:19
33 həftəlik 2100 qram bədən çəkisi ilə doğulan yenidoğulmuş ağır vəziyyətdə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə (YRİTŞ) hospitalizasiya olunub.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, şöbədə aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində pasiyentə yeni doğulmuşun tənəffüs pozğunluğu sindromu, doğuş zamanı az bədən çəkisinin digər halları və törədicisi müəyyən olunmamış pnevmoniya diaqnozları qoyulub.
 
Yenidoğulmuşun müalicəsi həkim Afət Ağayeva tərəfindən aparılıb, müalicə prosesi şöbə müdirinin daimi nəzarəti altında həyata keçirilib. Vəziyyəti stabilləşdikdən sonra körpə müalicəsinin davam etdirilməsi məqsədilə Vaxtından Qabaq Doğulmuşların Patologiyası Şöbəsinə (VQDPŞ) köçürülüb. Şöbə müdirinin nəzarəti altında müalicə həkim Arzu Piriyeva tərəfindən müalicəsi davam etdirilib.
Aparılan kompleks müalicə tədbirləri nəticəsində yenidoğulmuşun ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, tənəffüs funksiyası bərpa olunub, qidalanması normallaşıb və bədən çəkisi 2600 qrama çatıb.
 
Körpənin ailə üzvləri göstərilən yüksək ixtisaslı tibbi xidmətə, həssas və qayğıkeş münasibətə görə ETPİ-nin rəhbərliyinə, müalicə həkimlərinə, bütün tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır