Yalnız fri və çips yeyən yeniyetmə görmə qabiliyyətini itirdi  
20.07.2026 15:38

Böyük Britaniyada valideynləri tərəfindən daimi yorğunluq şikayəti ilə həkimə aparılan on dörd yaşlı oğlanın bədənində yalnız qida vasitəsilə qəbul edilən B12 vitamininin kəskin çatışmadığını aşkarlanıb.

 

Aztibb.az-ın www.cbsnews.com-a istinadla xəbərinə görə, həkimlər dərhal vitamin iynələri təyin etsələr də, sonradan məlum oldu ki, yeniyetmə bu müalicəyə eynəksiz yanaşıb və iynələri vurdurmayıb.

 

Cəmi bir il sonra, artıq on beş yaşı tamam olanda oğlanın gözləri kəskin şəkildə zəifləməyə başlayıb. Neyro-oftalmoloqun müayinəsi zamanı bəlli olub ki, sağlam insanın altmış metrdən aydın gördüyü əşyaları bu yeniyetmə yalnız altı metrdən çətinliklə ayırt edə bilir. Məlum olub ki, yeniyetmə illərdir normal yeməklərdən imtina edərək yalnız kartof-fri, ağ çörək, çips və sosiska ilə qidalanırmış.

 

Bu cür  birtərəfli rasion bədəndə B qrupu vitaminlərinin kökünü kəsərək çox nadir görüldüyü bir xəstəliyə — qida mənşəli optik neyropatiyaya səbəb olub. Bu xəstəlik zamanı gözlərdən beyinə məlumat ötürən görmə sinirləri tədricən sıradan çıxır və atrofiyaya uğrayır. Yeniyetməyə dərhal xüsusi qida əlavələri təyin edilib və o, qidalanma pozuntusunu müalicə etmək üçün psixiatra yönləndirilib. Lakin görmə sinirlərinin zədələnməsi geri dönməz həddə çatdığından, mütəxəssislər uşağın görmə qabiliyyətini bərpa edə bilməyiblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır