Batabatda aparılan tədqiqatlar nəticəsində iki yeni bitki növü aşkarlanıb  
20.07.2026 14:18
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin “Biologiya” kafedrasının “Nadir flora” tədqiqat qrupu Türkiyənin Kastamonu, Sakarya və Van Yüzüncü Yıl universitetlərinin alimləri ilə birgə Şahbuz rayonunun Batabat yaylasında flora müxtəlifliyi üzrə çöl tədqiqatları aparıb.
 
Universitetdən Aztibb.az-a bildirilib ki, tədqiqatlarda Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin dekanı, professor Daşqın Qənbərov, “Biologiya” kafedrasının müdiri, dosent Bəhruz Bayramov və “Nadir flora” tədqiqat qrupunun üzvləri, həmçinin Kastamonu Universitetinin professoru Barış Bani, Sakarya Universitetinin dosenti Mehmet Sağiroğlu və Van Yüzüncü Yıl Universitetinin dosenti Hüseyin Eroğlu iştirak ediblər.
 
Araşdırmaların məqsədi Naxçıvan Muxtar Respublikasının florasının kompleks şəkildə öyrənilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi-praktiki təcrübə mübadiləsinin aparılması və region üçün yeni, nadir bitki növlərinin müəyyən edilməsidir. Tədqiqatların ilk mərhələsinin Batabat yaylasında keçirilməsi ərazinin zəngin biomüxtəlifliyi və floristik potensialı ilə əlaqədardır.
 
Çöl tədqiqatları nəticəsində Azərbaycan florası üçün iki yeni bitki növü müəyyən edilib. Aşkarlanan nümunələr molekulyar-genetik analizlərin aparılması məqsədilə Türkiyəyə göndərilib.
 
Təqdiqatçılar arasında Azərbaycan və Türkiyədə birgə çöl-ekspedisiya və laboratoriya tədqiqatlarının aparılması, həmçinin beynəlxalq elmi layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır