Populyar arıqlama preparatlarının alkoqol asılılığının aradan qaldırılmasına da kömək etdiyi müəyyənləşib
20.07.2026 10:14

Çəkinin idarə olunması və şəkərli diabetin müalicəsində istifadə edilən, QLP-1 (GLP-1) reseptor agonistləri qrupuna aid məşhur preparatları qəbul edən pasiyentlər getdikcə daha çox bildirirlər ki, artıq alkoqol onlarda əvvəlki kimi həzz hissi yaratmır və spirtli içkilərə qarşı istək nəzərəçarpacaq dərəcədə azalır. Bu barədə endokrinoloq İrina Lenkina məlumat verib.

Aztibb.az "Life" portalına istinadən yazır ki, həkimin sözlərinə görə, qida, alkoqol və digər stimullardan alınan həzz hissinə cavabdeh olan beynin mükafatlandırma sistemi dopaminlə sıx əlaqəlidir. QLP-1 reseptor agonistləri dopamin yollarına və mükafatlandırma mərkəzlərindəki neyronların fəaliyyətinə təsir göstərdiyindən, beyin alkoqolu əvvəlki qədər həzz mənbəyi kimi qəbul etmir. Nəticədə spirtli içki qəbul etmək istəyi zəifləyir.

İrina Lenkinanın sözlərinə görə, bu təsir əsasən alkoqol istifadəsi pozuntusu diaqnozu qoyulmuş şəxslərdə müşahidə edilib ki, bu da həmin preparatların gələcəkdə alkoqol asılılığının müalicəsində potensial vasitə kimi qiymətləndirilməsinə əsas verir. Klinik praktikada bəzi pasiyentlər alkoqola marağın azalması, həmçinin şirniyyat və qəlyanaltılara qarşı impulsiv istəyin zəiflədiyini də bildiriblər.

Bununla yanaşı, həkim vurğulayıb ki, alkoqola olan meyli azaltmaq məqsədilə bu preparatlardan həkim təyinatı və tibbi göstəriş olmadan istifadə etmək hələ tezdir. Hazırda preparatların dayandırılmasından sonra bu təsirin davam edib-etməyəcəyi, uzunmüddətli qəbul zamanı hansı əlavə təsirlərin yarana biləcəyi və ümumilikdə uzunmüddətli təhlükəsizliyi barədə kifayət qədər elmi məlumat mövcud deyil.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır