Bakı Sağlamlıq Mərkəzi Əməkdar jurnalist Tofiqə Qasımovanın səhhəti ilə bağlı açıqlama yayıb
19.07.2026 10:52

Bakı Sağlamlıq Mərkəzi Əməkdar jurnalist Tofiqə Qasımovanın səhhəti ilə bağlı açıqlama yayıb.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, Əməkdar jurnalist Tofiqə Qasımova (56 yaş) 17.07.2026 tarixində Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

 

Mərkəzə daxil olarkən xəstənin huşu alaqaranlıq olub, ümumi bədən çəkisi kəskin itirilmiş (kaxektik) qiymətləndirilib. Dəri örtüyü və görünən selikli qişalar kəskin saralmış, tənəffüsü oksigen dəstəyi ilə təmin olunub. Hemodinamikası inotrop dərman fonunda qeyri-stabil, hipotonik vəziyyətdə olub. Qarın həcmi assit hesabına kəskin böyümüş, sidik ifrazı isə anuriya şəklində qiymətləndirilib.

 

Anamnestik olaraq xəstənin bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi məlumdur.

 

Xəstə Bakı Sağlamlıq Mərkəzinə daxil olduğu andan etibarən müalicə prosesinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim heyəti cəlb olunub. Təcili qaydada təşkil edilən geniş konsiliumun qərarı ilə xəstəyə hemodializ də daxil olmaqla dərhal intensiv reanimasion dəstəyin göstərilməsinə başlanılıb.

 

Hazırda Bakı Sağlamlıq Mərkəzinin həkim heyəti tərəfindən xəstənin həyati göstəricilərinin stabilləşdirilməsi məqsədilə bütün zəruri müalicə tədbirləri fasiləsiz şəkildə davam etdirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır