Fəqərəarası diskləri bərpa edən hidrogel hazırlanıb - Bel ağrılarına qarşı inqilabi yenilik 
19.07.2026 08:50

Bel ağrıları yaxın gələcəkdə keçmişdə qala bilər. Alimlər fəqərəarası diskin daxilinə yeridilən və onun bərpasını stimullaşdıran yeni hidrogel hazırlayıblar.

Aztibb.az "News Novorossiysk" sosial media orqanına istinadən yazır ki, bu hidrogel tədricən az miqdarda hidrogen-sulfid (H₂S) ifraz edir. Hidrogen-sulfid siqnal molekulu kimi fəaliyyət göstərərək iltihabı azaldır, toxumaların dağılmasının qarşısını alır və fəqərəarası diskin möhkəmliyini, elastikliyini təmin edən II tip kollagen və aqrekanın sintezini stimullaşdırır.

Laboratoriya və preklinik tədqiqatlarda hidrogel hüceyrə və toxumaların vəziyyətini yaxşılaşdırıb. Heyvanlar üzərində aparılan eksperimentlərdə isə fəqərəarası disklərin degenerasiyasını ləngidib və ağrını əhəmiyyətli dərəcədə azaldıb.

Bu nəticələr göstərir ki, yeni hidrogel gələcəkdə bel ağrıları və degenerativ disk xəstəliklərinin müalicəsində perspektivli yanaşmalardan biri ola bilər. Hazırda preparatın insanlar üzərində klinik sınaqlara keçməsi üçün əlavə tədqiqatlar tələb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev