GLP-1 preparatları diabetik ayaq ağırlaşmalarının riskini azalda bilər
19.07.2026 08:48

 

Diabetik ayaq 2-ci tip şəkərli diabetin ən ağır fəsadlarından biridir və xora, infeksiya, hətta aşağı ətrafın amputasiyasına səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, endokrinoloq Fərhad Burzunun bildirdiyinə görə, ENDO 2026 konqresində təqdim olunan yeni tədqiqatda GLP-1 reseptor aqonistləri ilə SGLT2 inhibitorlarının diabetik ayaq ağırlaşmalarına təsiri müqayisə edilib.

 

Beş il ərzində 630 mindən çox 2-ci tip şəkərli diabet xəstəsinin məlumatlarının təhlili göstərib ki, GLP-1 reseptor aqonistləri qəbul edən şəxslərdə osteomielit, diabetik ayaq xorası və aşağı ətraf amputasiyası riski daha aşağı olub. SGLT2 inhibitorları qəbul edənlərdə isə diabetik periferik neyropatiya riski müəyyən qədər azalsa da, bu təsir diabetik ayaq ağırlaşmalarının qarşısını almaq üçün kifayət etməyib.

 

Mütəxəssislər xatırladırlar ki, əvvəlki nəsil bəzi SGLT2 inhibitorlarının diabetik ayaq ağırlaşmaları riskini artıra biləcəyi ilə bağlı narahatlıqlar mövcud olub. Bununla belə, bu preparatlar ürək-damar sistemi və böyrəklərin qorunmasında mühüm klinik üstünlüklərə malikdir.

 

Tədqiqat müəllifləri vurğulayırlar ki, şəkərli diabetin müalicəsi hər bir xəstə üçün fərdiləşdirilməli, xüsusilə diabetik ayaq riski yüksək olan şəxslərdə ayaqların müntəzəm müayinəsi, erkən diaqnostika və profilaktik tədbirlər əsas prioritet olmalıdır. Eyni zamanda qeyd edilir ki, bu araşdırma müşahidə xarakteri daşıdığından, əldə olunan nəticələrin təsdiqlənməsi üçün əlavə randomizə olunmuş klinik tədqiqatlara ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev