Bəşəriyyət naminə cəmi 1 dollara verilən patent
18.07.2026 11:00

1923-cü ildə tibb tarixində dönüş nöqtəsi sayılan mühüm hadisə baş verdi. Kanadalı alimlər Frederik Bantinq, Çarlz Best və Ceyms Kollip milyonlarla diabet xəstəsinin həyatını xilas edən insulini kəşf etdilər. Lakin onların atdığı növbəti addım bu elmi nailiyyətdən də təsirli oldu.

 

 

Aztibb.az "Inscience.news" portalının dərc etdiyi maraqlı məqalədən mühüm məqamları diqqətinizə çatdırır.Aztibb.az "Inscience.news" portalında dərc oluna məqlədən hissəni təqdim edir.

 

Alimlər insulinin patentini cəmi 1 ABŞ dolları müqabilində Toronto Universitetinə təhvil verdilər. Bu qərar onların şəxsi qazanc deyil, insanların sağlamlığını üstün tutduqlarını nümayiş etdirirdi. Məqsəd insulinin ona ehtiyacı olan hər kəs üçün əlçatan olmasını təmin etmək idi.

Frederik Bantinq bu mövqeyini belə ifadə etmişdi: "İnsulin mənə məxsus deyil, o, bütün dünyaya məxsusdur." Bu sözlər elmin insanlığa xidmət etməli olduğunu, şəxsi varlanma vasitəsinə çevrilməməsinin vacibliyini bu gün də xatırladır.

Məhz bu uzaqgörənlik və humanist yanaşma sayəsində alimlər təkcə tibbin inkişaf istiqamətini deyil, milyonlarla insanın taleyini dəyişdilər. Onların nümunəsi bu gün də yeni nəsil alim və tədqiqatçılar üçün elmə vicdanla, məsuliyyətlə və bəşəri dəyərlərə sadiq şəkildə xidmət etməyin ən parlaq örnəklərindən biri hesab olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev