Mərkəzi Gömrük Hospitalında “Mama-ginekologiya sahəsində Böyük Britaniya təcrübəsi” mövzusunda seminar keçirilib
17.07.2026 15:48

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında növbəti cümə seminarı keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, baş həkim Bəxtiyar Musayev açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və seminarın işinə uğurlar arzulayıb. O, çıxışında Təranə Bayramovanın Böyük Britaniyada qazandığı peşəkar təcrübənin Mərkəzi Gömrük Hospitalında ana və uşaq sağlamlığı sahəsində müasir yanaşmaların tətbiqinə və göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verə biləcəyini vurğulayıb. Bəxtiyar Musayev tədbirin həkim və rezidentlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

İxtisaslı həkimlər və rezidentlərin iştirak etdiyi seminarda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova “Mama-ginekologiya sahəsində Böyük Britaniya təcrübəsi” mövzusunda çıxış edib.

 

Təranə Bayramova mama-ginekologiya sahəsində tətbiq edilən beynəlxalq protokollar, Böyük Britaniya tibb sistemində hamiləliyin və doğuşun idarə olunması üzrə qabaqcıl standartlar haqqında ətraflı məlumat verib. O, pasiyent təhlükəsizliyinin təmin edilməsi, mama-ginekologiyada risklərin idarə olunması və mamalıq xidmətinin təşkilində müasir yanaşmalardan danışıb. Həmçinin Böyük Britaniyanın aparıcı tibb müəssisələrində həyata keçirilən ginekoloji prosedurları və müasir doğuş metodlarını əks etdirən foto materiallar vasitəsilə klinik proseslərin gedişatını təqdim edib.

 

Təqdimat zamanı Böyük Britaniya təcrübəsində qarşılaşılan real klinik hallar və beynəlxalq tədqiqatların nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Müvafiq klinik nümunələr əsasında müasir diaqnostik və müalicə yanaşmaları müzakirə edilib, qabaqcıl beynəlxalq tibbi praktikada tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

 

Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev