Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
17.07.2026 17:46

Tədris Cərrahiyyə Klinikasında ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov və kafedranın dosenti Babək Zeynalov tərəfindən öd daşı xəstəliyinin ağırlaşmış forması diaqnozu qoyulan pasiyent üzərində mürəkkəb laparoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub.

Bu barədə Aztibb.az-a Klinikadan məlumat verilib.

Müayinələr zamanı pasiyentdə uzun illər davam edən öd daşı xəstəliyi fonunda fleqmonoz dəyişikliklərə məruz qalmış, kəskin iltihablaşmış və ətraf toxumalarla sıx bitişmələr əmələ gətirmiş öd kisəsi aşkarlanıb. Məhz bu səbəbdən cərrahi müdaxilə texniki baxımdan mürəkkəb hesab olunub.

Əməliyyat zamanı öd kisəsinin arteriyası və öd axacağı diqqətlə identifikasiya edilərək təhlükəsiz şəkildə bağlanıb, daha sonra isə öd kisəsi laparoskopik üsulla tam çıxarılıb. Qapalı üsulla icra olunan əməliyyat pasiyentin daha qısa müddətdə bərpa olunmasına və əməliyyatdan sonrakı ağırlaşma riskinin minimuma endirilməsinə imkan yaradır.

Mütəxəssislərin sözlərinə görə, öd daşı xəstəliyi hazırda cərrahi patologiyalar arasında ən çox rast gəlinən xəstəliklərdən biridir. Müasir diaqnostik üsulların – ultrasəs müayinəsi, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının geniş tətbiqi nəticəsində xəstəliyin erkən mərhələdə aşkarlanması xeyli asanlaşıb. Öd daşı xəstəliyinin yaranmasında qaraciyərdə sintez olunan ödün tərkibinin dəyişməsi və litogen ödün formalaşması əsas rol oynayır. Xəstəliyə qadınlarda daha çox rast gəlinir ki, bu da hormonal dəyişikliklər, xüsusilə hamiləlik dövründə öd durğunluğunun artması ilə əlaqələndirilir. Bundan əlavə, qeyri-sağlam qidalanma və oturaq həyat tərzi də risk amilləri sırasında yer alır.

Mütəxəssis vurğulayıb ki, öd daşı xəstəliyinin vaxtında diaqnostika və müalicə olunmaması kəskin iltihab, öd yollarının tutulması, pankreatit və digər həyati təhlükə yaradan ağırlaşmalara səbəb ola bilər. Buna görə də risk qrupuna daxil olan şəxslərin mütəmadi müayinədən keçməsi və göstəriş olduğu hallarda cərrahi müalicəni gecikdirməməsi tövsiyə edilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır