AQTA sədri quşçuluq müəssisəsinin fəaliyyəti ilə tanış olub  
17.07.2026 11:25
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə-M” MMC quşçuluq müəssisəsində olub.
 
AQTA-dan Aztibb.az-a verilən xəbərə görə, müəssisədə baytarlıq nəzarətinin təşkili, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, istehsal prosesinin müxtəlif mərhələləri, izləmə sistemi, həmçinin məhsulların qida təhlükəsizliyi tələblərinə uyğunluğu istiqamətində görülən işlərlə tanışlıq olub.
 
AQTA sədri qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində normativ tələblərə əməl edilməsinin vacibliyini vurğulayaraq, ixracın şaxələndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
 
Müəssisə rəhbərliyi tərəfindən quşçuluq sektorunda mövcud vəziyyət, istehsal gücü, tətbiq olunan texnologiyalar, həyata keçirilən tədbirlər və gələcək inkişaf planları barədə məlumat verilib, məhsullar barədə təqdimat keçirilib. Bununla yanaşı, sahə üzrə kadr potensialının gücləndirilməsi və quşçuluq təsərrüfatlarının davamlı inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev