Endoskopiya nə vaxt lazımdır?  
17.07.2026 13:08
Endoskopiya (qastroskopiya) qida borusu, mədə və onikibarmaq bağırsağın kamera vasitəsilə müayinə edilməsinə imkan verən müasir diaqnostik üsuldur. Bu müayinə bir çox xəstəliyin erkən aşkarlanması və düzgün müalicə planının seçilməsi üçün mühüm əhəmiyyət daşıyır.

 

Bu barədə Aztibb.az-a HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti məlumat verib.

 

Onun sözlərinə görə, aşağıdakı hallarda endoskopiya tövsiyə oluna bilər:

Uzunmüddətli mədə ağrısı - Davamlı və ya təkrarlayan mədə ağrıları səbəbin müəyyənləşdirilməsi üçün araşdırılmalıdır.
Mədə yanması və reflüks - Tez-tez təkrarlanan yanma hissi və turşunun ağıza gəlməsi qida borusunda və ya mədədə dəyişikliklərin göstəricisi ola bilər.
Udma çətinliyi - Qidanın boğazda və ya döş qəfəsində ilişib qalması hissi mütləq qiymətləndirilməlidir.
Ürəkbulanma və ya qusma - Səbəbi aydın olmayan və uzun müddət davam edən şikayətlər endoskopik müayinə tələb edə bilər.
Mədə və ya onikibarmaq bağırsaq xorası şübhəsi - Endoskopiya xoranın diaqnostikası və müalicənin effektivliyinin qiymətləndirilməsi üçün ən dəqiq üsullardan biridir.
Mədə qanaxması əlamətləri - Qara rəngli nəcis, qanlı qusma və ya səbəbi bilinməyən qanazlığı kimi hallar təcili qiymətləndirilməlidir.
Biopsiya götürülməsinə ehtiyac olduqda - Lazım gəldikdə endoskopiya zamanı toxuma nümunəsi götürülərək dəqiq diaqnoz qoyula bilər.
 
"Endoskopiya erkən diaqnostika baxımından böyük əhəmiyyət daşıyır. Müayinənin vaxtında aparılması bir çox mədə və həzm sistemi xəstəliklərinin erkən aşkar edilməsinə və müalicəsinin gecikməməsinə kömək edir", - deyə həkim əlavə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev