Rektovaginal fistul diaqnozundan əziyyət çəkən pasiyent üzərində mürəkkəb rekonstruktiv cərrahi əməliyyat uğurla icra olunub
17.07.2026 14:06
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, kolorektal və çanaq dibi orqanlarının cərrahiyyəsi üzrə mütəxəssisi Solmaz İmanova tərəfindən rektovaginal fistul diaqnozu ilə uzun illər əziyyət çəkən pasiyent üzərində mürəkkəb rekonstruktiv cərrahi əməliyyat uğurla icra olunub.
Aztibb.az xəbər verir ki, müayinələr zamanı pasiyentdə təxminən 10 ilə yaxındır mövcud olan, uşaqlıq yolunun aşağı üçdə bir hissəsində, anal sfinkterin önündə yerləşən rektovaginal fistul aşkarlanıb. Eyni zamanda, pasiyentdə rektosel və xroniki hemoroidal xəstəlik də müəyyən edilib.
Aparılan əməliyyat zamanı ilk mərhələdə rektovaginal fistul tam şəkildə ləğv olunub. Daha sonra çanaq dibi anatomiyasının və vaginal arxa divarın bərpası məqsədilə posterior kolporrafiya (arxa kolporrafiya) icra edilib. Paralel olaraq mövcud xarici hemoroidal düyünlər hemoroidektomiya üsulu ilə çıxarılıb.
Həkimin sözlərinə görə, rektovaginal fistul düz bağırsaqla uşaqlıq yolu arasında patoloji əlaqənin yaranması ilə xarakterizə olunan, qadınların həyat keyfiyyətinə ciddi təsir göstərən mürəkkəb patologiyalardan biridir. Belə hallarda cərrahi müalicə yalnız fistulun aradan qaldırılması ilə məhdudlaşmır, yanaşı mövcud olan çanaq dibi patologiyalarının da eyni əməliyyat zamanı korreksiya olunması uzunmüddətli funksional nəticələrin əldə edilməsində mühüm əhəmiyyət daşıyır.
İcra olunan kompleks cərrahi müdaxilə nəticəsində pasiyentdə həm rektovaginal fistul aradan qaldırılıb, həm də yanaşı patologiyalar korreksiya edilərək gələcəkdə həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli nəticə əldə olunub.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

