ÜST: Konqoda “Ebola” epidemiyası sürətlə yayılır  
17.07.2026 13:47

Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

Onun sözlərinə görə, may ayının ortalarından başlayan epidemiya nəticəsində 2073 yoluxma halı qeydə alınıb, 796 nəfər həyatını itirib.

 

T.Qebreyesus qeyd edib ki, bu, tarixdə qeydə alınan üçüncü ən böyük “Ebola” epidemiyasıdır və son bir ay ərzində əvvəlki bütün epidemiyalardan daha sürətlə yayılıb.

 

ÜST rəhbəri bildirib ki, 2018-ci ildə Konqo Demokratik Respublikasında baş verən “Ebola” epidemiyası zamanı 2000 təsdiqlənmiş yoluxma həddinə çatmaq üçün 10 aydan çox vaxt tələb olunmuşdu. 2018-2020-ci illərdə ölkədə qeydə alınan ən ağır epidemiyada isə təxminən 3500 yoluxma halından 2300-ü ölümlə nəticələnmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev