Kardioloq ürək problemlərinə işarə edən vacib əlaməti açıqlayıb
17.07.2026 09:25

Heç bir fiziki yüklənmə olmadan, sakit vəziyyətdə ürək döyüntülərinin sürətlənməsi orqanizmdə ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bu barədə kardioloq Sergey Veçtomov bildirib.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, həkimin sözlərinə görə, istirahət zamanı ürək döyüntüsünün sürətlənməsi ilk növbədə arterial hipertenziya, ürək çatışmazlığı və müxtəlif ürək ritm pozğunluqlarının əlaməti ola bilər. Bu pozğunluqlara supraventrikulyar taxikardiya, qulaqcıqların fibrillyasiyası, mədəciklərin fibrillyasiyası və kardioloq tərəfindən mütləq qiymətləndirilməsi tələb olunan digər hallar daxildir.

Kardioloq qeyd edib ki, bu əlamət yalnız ürək xəstəlikləri ilə məhdudlaşmır. Ürək döyüntüsünün sürətlənməsi qalxanabənzər vəz və ya böyrəküstü vəzilərin xəstəlikləri kimi hormonal pozğunluqların, eləcə də anemiyanın göstəricisi də ola bilər.

Bundan başqa, susuzlaşma, elektrolit çatışmazlığı, müxtəlif infeksion xəstəliklər və güclü stress də istirahət zamanı nəbzin artmasına səbəb ola bilər.

Sergey Veçtomov vurğulayıb ki, əgər sakit vəziyyətdə nəbz davamlı olaraq dəqiqədə 100 vurğunu keçirsə, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Digər kardioloq və terapevt, tibb üzrə fəlsəfə doktoru Andrey Kondraxin isə qeyd edib ki, oturaq həyat tərzi ürək-damar sisteminin kifayət qədər yüklənməməsinə səbəb olur. Bu isə zamanla ürək-damar sağlamlığının zəifləməsinə və müxtəlif xəstəliklərin inkişaf riskinin artmasına gətirib çıxara bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır