Bloomberg: İnsanlar artıq ildə orta hesabla 56 saat az yatır
17.07.2026 10:18

 

Dünyada insanlar isti gecələr səbəbindən hər il orta hesabla 56 saat az yatırlar. Bu nəticə ABŞ-ın Climate Central təşkilatının mütəxəssislərinin 2020–2025-ci illər ərzində gecə temperaturunun yuxunun keyfiyyətinə təsirini təhlil etdikləri araşdırmada ortaya çıxıb.

 

Aztibb.az tədqiqatın nəticələrinin dərc edildiyi "Bloomberg"ə istinadən yazır ki, araşdırmanın müəlliflərinin hesablamalarına görə, itirilən yuxu vaxtının 6 saatdan çoxu, yəni təxminən bir yuxusuz gecəyə bərabər hissəsi birbaşa qlobal istiləşmənin təsiri ilə əlaqədardır. Bu araşdırma gecə temperaturunun insan orqanizminə təsirini və bunun yuxu itkisinə səbəb olmasını kəmiyyət göstəriciləri əsasında qiymətləndirən ilk tədqiqat hesab olunur.

 

Layihə çərçivəsində dünyanın 1338 şəhəri üzrə məlumatlar təhlil edilib. Məlum olub ki, onların 1335-də iqlim dəyişikliyi ilə əlaqədar yaranan yuxu itkisi 1970-ci illərin əvvəlləri ilə müqayisədə ən azı iki dəfə artıb. Araşdırmaya daxil edilən 840 şəhərdə isə bu göstərici üç dəfədən çox yüksəlib.

 

Yüksək gecə temperaturunun yuxuya ən güclü təsiri Yaxın Şərq ölkələrində qeydə alınıb. Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şəhərlərində əhali hər il 55–87 saat arasında yuxu itirir. Bunun 12–16 saatının isə məhz iqlim dəyişikliyi ilə əlaqəli olduğu müəyyən edilib.

 

Oxşar göstəricilər, nisbətən daha aşağı səviyyədə olsa da, Hindistanda, Cənub-Şərqi Asiyanın digər ölkələrində və Qərbi Afrikada da müşahidə olunur.

 

ABŞ-da isti gecələr səbəbindən illik orta yuxu itkisi 36 saat təşkil edib. Ekspertlər bunun təxminən 4 saatını birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Bu təsir xüsusilə Arizona, Nevada, Kaliforniya və Florida ştatlarında daha qabarıq hiss olunur.

 

Tədqiqat müəlliflərinin fikrincə, gecə temperaturunun yüksəlməsi ciddi narahatlıq doğurur. Çünki orqanizmin bərpa prosesləri əsasən yuxu zamanı baş verir və isti gecələr bu proseslərin səmərəliliyini azaldır. İnsanlar gündüz istilərinin təsirini kondisionerlərdən istifadə etməklə və ya gündəlik fəaliyyət rejimini dəyişməklə qismən kompensasiya edə bilsələr də, gecə saatlarında yüksək temperatur istirahətin keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və sağlamlığa mənfi təsir göstərir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev