Fasciola hepatica nədir?
16.07.2026 11:33
Fasciola hepatica (Qaraciyər sorucusu) qaraciyər və öd yollarını zədələyən parazitar yastı qurddur. Bu parazit orqanizmdə iltihab, öd yollarının tutulması və qaraciyər funksiyalarının pozulmasına səbəb ola bilər.
 
Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzində Baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov məlumat verib.
 
Onun sözlərinə görə, sağ qabırğaaltı nahiyədə ağrı, qızdırma, ürəkbulanma və qusma, iştahasızlıq, halsızlıq və qaraciyərin böyüməsi qaraciyər sorucusunun əlamətləri ola bilər.
 
Tofiq Əkbərov qeyd edib ki, diaqnoz həkim müayinəsi, laborator analizlər, USM və digər görüntüləmə müayinələri ilə qoyulur:
"Erkən diaqnoz və düzgün müalicə ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır. Şübhəli əlamətləriniz varsa, vaxt itirmədən hepatoloqa müraciət edin".
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır