Qan təzyiqinin aşağı salınmasına kömək edən dörd meyvə
18.07.2026 14:12

Kardioloqlar alma, avokado, qaragilə və portağalı müntəzəm olaraq qida rasionuna daxil etməyi tövsiyə edirlər. Çünki bu meyvələrin tərkibindəki qida maddələri ürək-damar sisteminin sağlamlığını dəstəkləyir və qan təzyiqinə nəzarət etməyə kömək edir.

 

Aztibb.az health.yahoo.com-a istinadla xəbər verir ki, kardioloq Devid Minn ürək-damar xəstəliklərinin dünya üzrə ölüm səbəbləri arasında əsas yerlərdən birini tutduğunu, lakin düzgün qidalanma və fiziki fəaliyyət də daxil olmaqla sağlam həyat tərzi ilə bu riskin əhəmiyyətli dərəcədə azaldıla biləcəyini bildirib.

 

Mütəxəssisin sözlərinə görə, alma qida lifi, xüsusilə pektin və antioksidantlarla zəngindir. Bu maddələrin birləşməsi xolesterin səviyyəsinin aşağı salınmasına kömək edir, bağırsaqlarda xolesterinin sorulmasını azaldır və qan damarlarını oksidləşdirici zədələnmədən qoruyur.

 

Avokado isə aşağı sıxlıqlı lipoproteinlərin (“pis” xolesterin) səviyyəsini azaltmağa və yüksək sıxlıqlı lipoproteinlərin (“yaxşı” xolesterin) səviyyəsini artırmağa kömək edən tək doymamış yağların əsas təbii mənbələrindən biridir. O, həmçinin qan damarlarının genişlənməsinə yardım edərək təzyiqin tənzimlənməsinə və ürək-damar xəstəlikləri riskinin azalmasına təsir göstərə bilər.

 

Qaragilə yüksək miqdarda antioksidant və qida lifi ehtiva edir. Devid Minnin sözlərinə görə, bu giləmeyvənin müntəzəm istehlakı arterial elastikliyi yaxşılaşdırmağa, qan təzyiqini aşağı salmağa və “yaxşı” xolesterinin səviyyəsini artırmağa kömək edə bilər.

 

Mütəxəssislər portağalı da faydalı qidalardan biri kimi qeyd edirlər. Tərkibində yüksək miqdarda C vitamini ilə yanaşı, flavanonlar – bitki mənşəli birləşmələr var. Kardioloq Odri T. Damranın sözlərinə görə, bu maddələr qan təzyiqinin aşağı salınmasına, xolesterin səviyyəsinin yaxşılaşdırılmasına, iltihabın azalmasına və qanda şəkərin səviyyəsinin normallaşmasına kömək edə bilər.

 

Ekspertlər vurğulayırlar ki, ürək-damar xəstəliklərinin qarşısının alınması üçün kompleks yanaşma vacibdir. Buraya yüksək lifli və az doymuş yağlı qidalanma, müntəzəm fiziki fəaliyyət, sağlam bədən çəkisinin qorunması, siqaretdən imtina, spirtli içkilərin məhdudlaşdırılması, eləcə də qan təzyiqi və qanda şəkər səviyyəsinə nəzarət daxildir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır