Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
15.07.2026 09:37
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstan Respublikasının "Rudnıy Şəhər Çoxprofilli Xəstəxanası" Dövlət Müəssisəsi və "Medikara Rayon Xəstəxanası" Dövlət Müəssisəsi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
 
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan məlumat verilib.
 
Bildirilib ki, memorandumlar çərçivəsində tərəflər mama-ginekologiya və reproduktiv sağlamlıq sahəsində elmi-praktik əməkdaşlığın genişləndirilməsi, müasir tibbi bilik və təcrübənin qarşılıqlı paylaşılması, mütəxəssis hazırlığı, birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və təlimlərin təşkili, həmçinin innovativ tibbi texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq edəcəklər.
Bu əməkdaşlıq beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə və qadın sağlamlığı sahəsində qabaqcıl təcrübələrin paylaşılmasına mühüm töhfə verəcək.
 
Elmi biliklərin paylaşılması, peşəkar əməkdaşlığın inkişafı və ortaq layihələrin həyata keçirilməsi naminə atılan bu addım tərəflər arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əsasını təşkil edir.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib