Hamiləliyin gedişatını ciddi risk altına alan nəhəng uşaqlıq mioması olan pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat 
18.07.2026 14:33
ATU-nun I mamalıq ginekologiya kafedrasının assistenti Tədris Cərrahiyyə Klinikasının ginekoloqu Nigar Abbasova tərəfindən hamiləliyin gedişatını ciddi risk altına alan nəhəng uşaqlıq mioması ilə müraciət etmiş pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.
 
Aztibb.az-ın xəbərinə görə, pasiyentdə aşkarlanan iri ölçülü mioma hamiləlik müddətində nekrozlaşma, davamlı ağrılar, erkən doğuş riski və təkrar stasionar müalicə tələb edən ağırlaşmalarla müşayiət olunurdu. Ana və dölün vəziyyəti ətraflı qiymətləndirildikdən sonra multidissiplinar yanaşma əsasında cərrahi müdaxilə qərarı verilib.
 
Əməliyyat zamanı sağlam körpə uğurla dünyaya gətirilib. Daha sonra uşaqlığın qorunması prinsipi əsasında nəhəng mioma tam şəkildə xaric edilib. Cərrahi müdaxilə ağırlaşmasız başa çatıb.
 
Hazırda ana və yenidoğulmuşun vəziyyəti qənaətbəxşdir, hər ikisi həkim nəzarəti altında müalicələrini davam etdirirlər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır