Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən üç xəstəlik növünə yoluxma qeydə alınıb
15.07.2026 08:11

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən üç xəstəlik növünə yoluxma qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd olunub ki, 2025-ci ildə ən çox yoluxma halı exinokokkoz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

 

"Ən çox yoluxma halı 24 nəfər olmaqla exinokokkoz xəstəliyində rast gəlinib. 19 nəfərdə visseral (daxili orqanları əsasən dalaq, qaraciyər və sümük iliyini zədələyən ağır yoluxucu xəstəlik), 5 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən qum milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə yoluxan daxili orqanları və dərini zədələyən protozoan xəstəliklər)".

 

Bunlarla yanaşı 2025-ci ildə bir nəfərdə quduzluq aşkarlanıb.

 

Qeyd edək ki, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 141-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev