Düz bağırsaq nahiyəsində qanayan şiş aşkarlanan xəstə üzərində mürəkkəb rekonstruktiv cərrahi əməliyyat uğurla icra olunub
14.07.2026 14:22
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, assistent Telman Əmirov tərəfindən düz bağırsaq nahiyəsində qanayan şiş aşkarlanan xəstə üzərində mürəkkəb rekonstruktiv cərrahi əməliyyat uğurla icra olunub.
Bu barədə Aztibb.az-a məlumat verən Telman Əmirov bildirib ki, pasiyent klinikaya bağırsaq qanaxması şikayəti ilə müraciət edib. Aparılan klinik və instrumental müayinələr nəticəsində düz bağırsağın aşağı hissəsində, əvvəllər formalaşdırılmış kolostoma nahiyəsinə yaxın yerləşən qanayan törəmə aşkarlanıb. Xəstənin anamnezindən məlum olub ki, o, daha əvvəl düz bağırsaq patologiyası ilə əlaqədar cərrahi əməliyyat keçirib və həmin dövrdə kolostoma formalaşdırılıb.
Pasiyent üzərində bağırsağın aşağı hissəsinin rekonstruktiv əməliyyatı həyata keçirilib. Cərrahi müdaxilənin əsas məqsədi bağırsağın təbii anatomik və funksional tamlığını bərpa etmək, pasiyentin həyat keyfiyyətini yüksəltmək və stomanın ləğvinə nail olmaq olub.
T.Əmirov bildirib ki, son illərdə yoğun və düz bağırsaq xəstəliklərinin rastgəlmə tezliyi nəzərəçarpacaq dərəcədə artıb. Bu artımın əsas səbəbləri sırasında qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, piylənmə, siqaret istifadəsi və digər risk faktorları dayanır. Əvvəllər daha çox 45–70 yaş arasında rast gəlinən bu patologiyalar son illərdə 20–30 yaşlı gənc pasiyentlər arasında da daha tez-tez müşahidə olunur. Bu səbəbdən erkən diaqnostika, vaxtında müayinə və profilaktik skrininqlərin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Həkim qeyd edib ki, yoğun və düz bağırsaq nahiyəsində aparılan rekonstruktiv əməliyyatlar yüksək dəqiqlik tələb edən mürəkkəb cərrahi müdaxilələr sırasındadır.
Əməliyyatın təhlükəsiz və uğurla başa çatdırılmasında anestezioloji təminat mühüm rol oynayıb. Xəstənin əməliyyatöncəsi vəziyyəti ətraflı qiymətləndirilib və ATU-nun Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya və reanimatologiya şöbəsinin müdiri Məmməd Abbasov tərəfindən fərdi şəkildə planlaşdırılıb.
Bu bölməyə aid digər xəbərlər
TƏBİB-in dəstəyi ilə 65+ yaşlı şəxslərin profilaktik tibbi müayinələri davam etdirilir
06.10.2026 | 15:24
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
06.10.2026 | 12:11
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
06.10.2026 | 10:47
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
05.10.2026 | 16:14
Professor Gəray Gəraybəyli müəllimləri təbrik edib
05.10.2026 | 13:40
AQTİ tərəfindən təşkil edilmiş növbəti səriştəlilik sınağının nəticələri elan edilib
05.10.2026 | 11:46
Günəş aktivliyinin fonunda Yer kürəsində maqnit qasırğası başlayır
05.10.2026 | 07:16
Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir
04.10.2026 | 14:05
Tibb müəssisələrində infeksiyalara epidemioloji nəzarət gücləndirilir
04.10.2026 | 09:23
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
28.09.2026 | 13:10
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
27.09.2026 | 14:02
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
28.09.2026 | 12:45
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
28.09.2026 | 15:19
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
29.09.2026 | 10:12
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
27.09.2026 | 16:00
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
29.09.2026 | 09:24
ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib
30.09.2026 | 09:06
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
27.09.2026 | 17:06
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
29.09.2026 | 14:12

