Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mənəvi dəyəri yüksək olan növbəti sevindirici hadisə yaşanıb
18.07.2026 11:11

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mənəvi dəyəri yüksək olan növbəti sevindirici hadisə yaşanıb.

İnstitutdan Aztibb.az-a bildirilib ki, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Fərid Lİllahov Loğman oğlunun bacısı Lİllahova Mələk Loğman qızı hamiləliyi boyunca İnstitutun II Doğum şöbəsinin müdiri, həkim mama-ginekoloq Tənzilə Əliyevanın nəzarətində olub.

Hamiləliyin gedişində bir neçə dəfə Hamiləliyin patologiyası şöbəsində müalicə alan pasiyentə mütəmadi tibbi nəzarət göstərilib

.
Hamiləliyin 38-ci həftəsində hestasion hipertenziya, ciftin vaxtından əvvəl hissəvi ayrılması (FMA) və anemiya diaqnozları ilə təcili doğuş həyata keçirilib. T.Əliyevanın peşəkar müdaxiləsi nəticəsində sağlam qız övladı dünyaya gəlib.


Müalicə və müşahidə dövrü uğurla başa çatdıqdan sonra ailənin razılığı əsasında ana və körpə sağlam vəziyyətdə evə yola salınıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev