Uğurlu böyrək əməliyyatlarına imza atan Azərbaycan Tibb Universiteti SDG 3 üzrə konkret və ölçülə bilən töhfə verir  
14.07.2026 09:49

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikasında böyrək transplantasiyası proqramına 2015-ci ildə başlanılıb. Proqram 2018-ci ildən etibarən daha intensiv inkişaf mərhələsinə qədəm qoyub, əməliyyatların sayı və transplantasiya fəaliyyətinin həcmi əhəmiyyətli dərəcədə artıb. 

 

Bu barədə Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasından məlumat verilib.


Bildirilib ki, hazırda böyrək transplantasiyası klinikamızın əsas yüksək ixtisaslaşmış cərrahi xidmət istiqamətlərindən biridir. Bu günə qədər Tədris Cərrahiyə Klinikasında ümumilikdə 71 böyrək transplantasiyası əməliyyatı uğurla icra edilib. Bu nailiyyət eyni zamanda universitetin yüksək ixtisaslaşmış səhiyyə xidmətlərinin inkişafına verdiyi töhfəni nümayiş etdirir.

 

Böyrək transplantasiyası son mərhələ böyrək çatışmazlığı olan xəstələr üçün həyat qurtaran müalicə üsullarından biridir. Transplantasiya proqramının davamlı inkişafı xəstələrin uzunmüddətli sağqalım göstəricilərinin yüksəlməsi, həyat keyfiyyətinin yaxşılaşması və dializdən asılılığın azalmasına xidmət edir.

 

Son illər ərzində ATU-da illik orta hesabla 10–12 böyrək transplantasiyası həyata keçirilir ki, bu da transplantasiya proqramının davamlı inkişafını və klinikamızın bu sahədə qazandığı təcrübəni əks etdirir. Bu, eyni zamanda universitetdə transplantasiya xidmətlərinin institusional şəkildə inkişafının və bu sahədə dayanıqlı klinik potensialın formalaşmasının təsdiqidir.

 

Bununla da, Azərbaycan Tibb Universiteti ilk növbədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 3 – Sağlam həyat və rifahın təmin edilməsi (SDG 3: Good Health and Well-being) istiqamətində konkret və ölçülə bilən töhfə vermiş olur. Klinikada həyata keçirilən fəaliyyət SDG 3-ün yüksək ixtisaslaşmış tibbi xidmətlərin göstərilməsi; orqan transplantasiyası xidmətlərinin inkişafı; xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması; vaxtından əvvəl ölüm riskinin azaldılması; universal və keyfiyyətli səhiyyə xidmətlərinə çıxışın genişləndirilməsi; ixtisaslaşmış cərrahi xidmətlərin davamlı inkişafı; transplantasiya sahəsində klinik potensialın gücləndirilməsi kimi əsas məqsədlərini ehtiva edir. 

Həmçinin bu fəaliyyət SDG 3 üzrə, xüsusuilə səhiyyə xidmətləri, ixtisaslaşmış klinik xidmətlər, qabaqcıl səhiyyə xidmətinin göstərilməsi, xəstələrə qulluq, klinik nəticələr, səhiyyə xidmətlərinə çıxış, tibbi innovasiya, səhiyyə potensialının gücləndirilməsi, transplantasiya xidmətləri, ixtisaslaşmış cərrahiyyə, universitet xəstəxanası xidmətləri (“Health Services”, “Specialist Clinical Services”, “Provision of Advanced Healthcare”, “Patient Care”, “Clinical Outcomes”, “Healthcare Access”, “Medical Innovation”, “Healthcare Capacity Building”, “Transplantation Services”, “Specialized Surgery”, “University Hospital Services”) kimi qiymətləndirmə meyarlarına uyğundur. 

 

Azərbaycan Tibb Universiteti bu fəaliyyəti ilə SDG 3 (Good Health and Well-being) çərçivəsində qarşıya qoyulan öhdəliklər - universitetlərin yüksək keyfiyyətli səhiyyə xidmətləri, ixtisaslaşmış klinik xidmətlər, universitet xəstəxanalarının fəaliyyəti, pasiyent nəticələrinin yaxşılaşdırılması, mürəkkəb cərrahi xidmətlərin göstərilməsi və cəmiyyətin sağlamlığının qorunması kmi göstəricilər üzrə birbaşa töhfə vermiş olur. 

Bu fəaliyyət universitetin yalnız təhsil müəssisəsi deyil, eyni zamanda əhaliyə yüksək səviyyəli səhiyyə xidməti göstərən akademik tibb mərkəzi kimi rolunu nümayiş etdirir.
Bu nailiyyətlər SDG 3 üzrə ATU-nun töhfəsini nümayiş etdirməklə yanaşı, universitet xəstəxanası tərəfindən göstərilən yüksək ixtisaslaşmış transplantasiya xidmətləri, pasiyent yönümlü klinik fəaliyyət, sağlamlıq nəticələrinin yaxşılaşdırılması, tibbi innovasiya və davamlı səhiyyə xidmətlərinin inkişafı istiqamətlərində ali təhsil müəssisəsinin gücünü ortaya qoymuş olur. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır