Avtomobil təkərlərindən yayılan çirkləndiricilər Alzheimer xəstəliyi riskini artıra bilər - Araşdırma
15.07.2026 11:22

Alimlər avtomobil təkərlərinin aşınması nəticəsində ətraf mühitə yayılan bəzi kimyəvi maddələrin beyin sağlamlığına mənfi təsir göstərə və Alzheimer xəstəliyinin inkişafında rol oynaya biləcəyini bildirirlər.

 

Aztibb.az xəbər verir ki, araşdırmanın nəticələri "Open Medicine" jurnalında dərc olunub.

Tədqiqatda avtomobil təkərlərində istifadə olunan və 6PPD-xinon adlanan kimyəvi birləşmə müxtəlif kompüter modelləri vasitəsilə analiz edilib. Məlum olub ki, bu maddə Alzheimer xəstəliyi ilə sıx əlaqəli olan bir sıra gen və zülallarla qarşılıqlı təsir göstərə bilər.

Müəlliflər vurğulayırlar ki, əldə olunan nəticələr 6PPD-xinonun demensiyaya birbaşa səbəb olduğunu sübut etmir. Bununla belə, araşdırma bu maddənin beyin hüceyrələrinə zərər verməsinə səbəb ola biləcək mümkün molekulyar mexanizmi ortaya qoyur.

6PPD avtomobil şinlərinə rezinin çatlamasının qarşısını almaq üçün əlavə edilən qoruyucu maddədir. Təkərlər yol səthi ilə təmas zamanı aşındıqca mikroskopik hissəciklər ətraf mühitə yayılır. Bu hissəciklər havadakı ozonla reaksiyaya girdikdə daha toksik hesab edilən 6PPD-xinon əmələ gəlir.

Araşdırmalar göstərir ki, bu maddə artıq yol tozunda, torpaqda, suda və hətta insanların sidik nümunələrində də aşkar olunub. Bu isə xüsusilə intensiv avtomobil hərəkəti olan ərazilərdə yaşayan insanların həmin çirkləndiriciyə davamlı şəkildə məruz qala biləcəyini göstərir.

Alimlər bu maddəyə ilk dəfə ABŞ-ın Sietl şəhəri yaxınlığındakı çaylarda kütləvi şəkildə məhv olan koho qızılbalıqlarını araşdırarkən diqqət yetiriblər. 2021-ci ildə aparılan tədqiqatlar balıqların ölümünün avtomobil təkərlərindən ayrılan bu kimyəvi maddə ilə əlaqəli olduğunu ortaya çıxarmışdı.

Əlavə eksperimental tədqiqatlar göstərib ki, laboratoriya siçanlarında 6PPD-xinon təsirdən təxminən 30 dəqiqə sonra qan-beyin baryerini keçə bilir. Bu baryer normalda beyni zərərli maddələrdən qoruyan əsas müdafiə mexanizmlərindən biridir.

Tədqiqat müəllifləri Çun Çjan və Tszinsi Çjan mövcud bioloji məlumat bazalarından istifadə edərək 6PPD-xinonun qarşılıqlı təsir göstərə biləcəyi zülalları Alzheimer xəstəliyi ilə əlaqələndirilən genlərlə müqayisə ediblər. Nəticələr bu maddənin neyrodegenerativ proseslərdə iştirak edə biləcəyini göstərsə də, alimlər bunun təsdiqlənməsi üçün genişmiqyaslı laborator və klinik araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır