Dondurmanın faydaları və zərərləri
18.07.2026 12:31
Süddən hazırlanan bir desert olan dondurmanın proteini olduqca yüksəkdir.
Aztibb.az-ın xəbərinə görə, A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium kimi maddələrlə də zəngindir. Bu səbəbdən dondurma əzələlərin nizamlı işləməsini dəstəkləyir, beləliklə, toxuma itkisinin qarşısını alır. Onu soyuq qış aylarında da asanlıqla yeyə bilərsiniz. Qidalanma və diet mütəxəssisləri çox soyuq qidaların həzmi çətinləşdirən, xüsusən də qaza səbəb olan xüsusiyyətə sahib olduğunu vuğulayırlar.
Sağlam qidalanaraq xəstəliklərdən qorunmağımızda çox əhəmiyyətli rol oynayan immun sistemimizi daim dəstəkləməliyik. A vitamini və zülal tərkibi sayəsində dondurma immunitet sisteminin işinə kömək edir və dişləri gücləndirir. Belə ki, dondurmanın tərkibində olan fosfat dişlərin, diş əti və sümüklərin sağlamlığını qoruyur.
Ancaq karies meydana gəlməsinin qarşısını almaq üçün yedikdən sonra dişlərin mütləq şəkildə fırçalanması çox vacibdir. Süd, meyvə və şokoladlı dondurmalar kaliumla zəngindir. Kalium ürək sağlamlığı üçün çox vacib bir mineraldır. Bundan əlavə, kalium bədənin elektrolit balansında mühüm rol oynayır. Əzələləri qoruyur, içindəki maqnezium sayəsində bədəndəki turşu-əsas balansını tənzimləməyə kömək edir. Əzələ və sinir sistemi üçün kalsium əvəzolunmazdır. O, əzələlərin yığılmasına, maqnezium isə rahatlamağa kömək edir ki, bu xüsusiyyəti bağırsaqların işləməsi üçün də çox əhəmiyyətlidir. Bütün bunlara əlavə olaraq, maqnezium qan təzyiqini tənzimləmək kimi 300-dən çox metabolik reaksiyada iştirak edir və damar elastikliyini təmin edir.
Xüsusilə, şokoladlı dondurma yüksək maqnezium ehtiva edir və 2 qaşıq dondurma ilə gündəlik maqnezium ehtiyacınızın 10-15 faizini ödəyə bilərsiniz. Vitamin B2 olaraq da bilinən riboflavin tərkibi ilə dondurma bədənimizdə enerji istehsalını dəstəkləyir. Riboflavin selikli qişanı qorumaq və dərinin bərpasına kömək etmək kimi xüsusiyyətlərə də malikdir.
Bəs dondurmanın zərərləri nələrdir?
Dondurmanın faydaları ilə yanaşı orqanizmə zərərli təsirləri də məlumdur. Belə ki, yay ayları çox isti olduğu üçün dondurmanın yeyilməsi qəflətən ağız boşluğu, udlaq və qırtlağın soyumasına səbəb olur ki, bu da qısa zaman kəsiyində yuxarı tənəffüs yollarının itihabi xəstəliklərinin inkişaf etməsinə səbəb olur.
Bildiyimiz kimi, dondurmaların hazırlanmasında çiy yumurtadan istifadə olunduğuna görə bağırsaq infeksiyaları və digər qida zəhərlənmələri qaçınılmazdır.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

