Azərbaycan üçün iki yeni mikrogöbələk növü aşkarlanıb
13.07.2026 10:17

Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayeva, doktorant Xədicə Apbayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvin Ağayeva və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Tetiana Andrianovanın həmmüəllifliyi ilə “Cənubi Qafqazdan “Coleroa robertiani” və “Sporocadus rosigena” (Ascomycota) növlərinə dair ilk qeydlər” (First records of Coleroa robertiani and Sporocadus rosigena (Ascomycota) from the South Caucasus) adlı elmi məqalə Scopus bazasında indekslənən Q4 kvartilli “Czech Mycology” jurnalında dərc olunub.

 

Bu barədə Aztibb.az-a Botanika İnstitutundan məlumat verilib.

 

Məqalədə qeyd edilir ki, bitkilərlə assosiasiyada olan Coleroa və Sporocadus cinslərinin nümayəndələri Azərbaycanda zəif öyrənilib və onlara əvvəllər aid edilmiş növlər hazırda fərqli cinslərə keçirilib. Yuxarıda qeyd edilən növlərə aid herbari nümunələri Daşkəsən rayonunun Əmirvar və Zivlən kəndlərindən toplanılıb. Çap işində bu nümunələrə əsasən ətraflı morfoloji təsvirlər, illüstrasiyalar təqdim edilir, dünyada yayılması və sahib bitkiləri göstəilir və oxşar növlərdən onları fərqləndirən xüsusiyyətləri təhlil və müzakirə edilir.

 

Bu tapıntılar Cənubi Qafqazın bütövlükdə biomüxtəlifliyin qaynar nöqtəsi kimi rolunu vurğulayır, habelə göbələk müxtəlifliyinin və ekologiyasının qlobal qiymətləndirilməsində əhəmiyyətini dəstəkləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır