Dializ kimlərə tətbiq edilir?
12.07.2026 12:37

Böyrəklərimiz orqanizmdə yığılan zərərli maddələri və artıq mayeni süzərək bədəndən xaric edir. Lakin böyrəklər bu funksiyanı yerinə yetirə bilmədikdə, dializ müalicəsinə ehtiyac yaranır.

 

Bu barədə Aztibb.az-a Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsinin həkimi Roza Orucova məlumat verib.

 

Həkim bildirib ki, dializ – böyrəklərin fəaliyyətini əvəz edən, qandakı tullantıları və artıq mayeni təmizləyən müalicə üsuludur. Bu müalicə əsasən xroniki və ya kəskin böyrək çatışmazlığı olan xəstələrə tətbiq edilir.

 

Roza Orucova qeyd edib ki, dializ müalicəsinin növləri aşağıdakılardır:

Hemodializ – Qan xüsusi dializ aparatı vasitəsilə təmizlənərək yenidən orqanizmə qaytarılır. Müalicə həkimin təyin etdiyi qrafik üzrə seanslar şəklində aparılır.
Peritoneal dializ – Qarın boşluğuna yerləşdirilən kateter vasitəsilə xüsusi dializ məhlulu istifadə olunur və tullantı maddələr qarın pərdəsi vasitəsilə orqanizmdən uzaqlaşdırılır.

 

O, dializin kimlərə tətbiq olunduğu barədə də danışıb. Bildirib ki, dializ xroniki böyrək çatışmazlığı olan şəxslərə, kəskin böyrək çatışmazlığı olan xəstələrə, böyrək funksiyası ciddi şəkildə zəiflədikdə, qanda kaliumun təhlükəli səviyyədə yüksəlməsi (hiperkalemiya) zamanı, orqanizmdə artıq maye və toksinlərin yığılması (uremiya) hallarında tətbiq olunur.


"Dializ müalicəsi böyrək çatışmazlığı olan xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına, sağlamlıqlarının qorunmasına və bəzi hallarda böyrək transplantasiyasına qədər həyatın davam etdirilməsinə mühüm töhfə verir", - deyə həkim əlavə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev