Bakıda "qulaqdibi" epidemiyası yayılıb? – Səhiyyə Nazirliyindən açıqlama
12.07.2026 07:36

Son günlər sosial şəbəkələrdə Bakıda "qulaqdibi" (epidemik parotit) xəstəliyinin kütləvi yayıldığı barədə gəzən şayiələrə Səhiyyə Nazirliyindən rəsmi reaksiya gəlib. Nazirlik bu iddiaların tamamilə əsassız olduğunu, ölkədə epidemioloji vəziyyətin sabit saxlanıldığını və yalnız tək-tük (sporadik) halların qeydə alındığını bəyan edib.

 

Aztibb.az xəbər verir ki, qurumun məlumatına görə, xəstəlik daha çox peyvənd olunmamış şəxslər arasında hava-damcı yolu ilə yayılır. Əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik, ağrı və ümumi halsızlıqdır. Xəstəlik əksər hallarda yüngül keçsə də, peyvənd olunmamış yeniyetmə və böyüklərdə nadir hallarda ağırlaşmalara yol aça bilər.

 

Səhiyyə Nazirliyi bəyan edir ki, xəstəlikdən qorunmağın ən etibarlı yolu Milli Peyvənd Təqviminə uyğun olaraq uşaqlara 12 aylığında və 6 yaşında vurulan QPM (qızılca, parotit, məxmərək) peyvəndidir. Valideynlərə övladlarının peyvənd statusunu yoxlamaq, buraxılmış dozalar varsa, sahə həkiminə müraciət etmək tövsiyə olunur.

 

Həmçinin qeyd olunub ki, infeksiyadan qorunmaq üçün şəxsi gigiyenaya əməl edilməli, qapalı məkanlar tez-tez havalandırılmalı və simptomlar müşahidə edildikdə özünümüalicədən qaçıb həkimə müraciət olunmalıdır. Nazirlik vətəndaşları sosial şəbəkələrdəki təsdiqlənməmiş məlumatlara inanmamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev