Vaxt itkisinə baxmayaraq peşəkar müdaxilə ilə bədxassəli şiş təmizləndi
11.07.2026 15:23
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 62 yaşlı kişi pasiyentdə sağ böyrəyin bədxassəli şişi ilə əlaqədar radikal nefrektomiya əməliyyatı uğurla həyata keçirilib.
Aztibb.az xəbər verir ki, əməliyyat Tədris Cərrahiyyə Klinikasının uroloqu, kafedra müdiri, professor Rauf Nağıyev tərəfindən icra olunub.Pasiyent ilk dəfə cari ilin fevral ayında klinikaya kəskin sidik ləngiməsi şikayəti ilə müraciət edib. Müayinə zamanı sidik kisəsində 350 ml-dən artıq qalıq sidik aşkar edilib. Aparılan müayinələr nəticəsində xəstəyə xoşxassəli prostat vəzinin böyüməsi diaqnozu qoyulub və transuretral prostat rezeksiyası (TURP) əməliyyatı icra olunub.
Əməliyyatdan əvvəl aparılan ultrasəs müayinəsi zamanı isə təsadüfi olaraq sağ böyrəyin orta seqmentində təxminən 6 sm ölçüdə törəmə aşkarlanıb. Daha sonra icra edilən kompüter tomoqrafiyası müayinəsi törəmənin bədxassəli xarakter daşıdığını təsdiqləyib.
Prostat əməliyyatından sonrakı dövrdə pasiyentə böyrək üzrə cərrahi müdaxilənin bir ay sonra həyata keçirilməsi tövsiyə olunsa da, o, klinikaya gec müraciət edib.
Nəticədə pasiyentdə sağ böyrəyin tam çıxarılmasını nəzərdə tutan sağtərəfli radikal nefrektomiya əməliyyatı uğurla icra olunub. Radikal nefrektomiya böyrəyin bədxassəli şişlərinin müalicəsində tətbiq olunan əsas cərrahi üsullardan biridir və əməliyyat zamanı şişlə birlikdə böyrək tam şəkildə xaric edilir. Bu yanaşma xəstəliyin yayılmasının qarşısının alınması və uzunmüddətli müalicə nəticələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qey edək ki, əməliyyatın təhlükəsiz və uğurlu icrasında anestezioloq-reanimatoloq Aybəniz Bayramovanın peşəkar yanaşması xüsusi əhəmiyyət daşıyıb. Onun rəhbərliyi ilə pasiyentin əməliyyat zamanı həyati göstəricilərinin davamlı monitorinqi, anestezioloji təminatın düzgün idarə olunması və perioperativ təhlükəsizliyin qorunması həyata keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

