Alimlər Yerin nə qədər insanı davamlı şəkildə təmin edə biləcəyini hesablayıblar
10.07.2026 13:11

Bəşəriyyət artıq uzun müddətdir ki, planetin ekoloji dayanıqlılıq həddini aşmış vəziyyətdə yaşayır.

 

Aztibb.az "Point" nəşrinə istinadən xəbər verir ki, Yer kürəsinin əhalisi hazırda təxminən 8,3 milyard nəfərə çatıb ki, bu da bəşəriyyət tarixində qeydə alınan ən yüksək göstəricidir.

 

Alimlərin sözlərinə görə, 1960-cı illərə qədər əhali artımı iqtisadi inkişaf və elmi-texniki tərəqqi ilə paralel gedirdi. Lakin sonrakı dövrdə vəziyyət dəyişməyə başladı: əhali artım tempi zəifləsə də, planetin insanları zəruri resurslarla təmin etmək qabiliyyəti bu artımı qarşılamaq üçün kifayət etmədi. Tədqiqatçılar bu mərhələni "mənfi demoqrafik faza" adlandırırlar.

 

Bu prosesdə fosil yanacaqlardan geniş istifadə mühüm rol oynayıb. Bir tərəfdən, onlar istehsalın və əhali sayının artımını dəstəkləyib, digər tərəfdən isə iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin azalması kimi ekoloji problemləri daha da dərinləşdirib.

 

Araşdırmanın nəticələrinə görə, Yerin uzunmüddətli ekoloji imkanları nəzərə alınarsa, planet təxminən 2,5 milyard nəfərlik daimi əhalini davamlı şəkildə təmin edə bilər. Bu göstərici ötən əsrin ortalarında müşahidə olunan əhali sayına uyğundur.

 

Müəlliflər hesab edirlər ki, ekoloji dayanıqlılıq həddinin aşılması artıq iqlim risklərinin artmasına, təbii ekosistemlərin deqradasiyasına, ərzaq və su ehtiyatları ilə bağlı problemlərin dərinləşməsinə səbəb olur. Bununla yanaşı, bu təsirlər regiondan və əhalinin rifah səviyyəsindən asılı olaraq müxtəlif formalarda özünü göstərir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır