Azərbaycanda ilk dəfə süd vəzi xərçəngindən sonra yaranan limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat uğurla icra edildi
10.07.2026 08:40

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında Azərbaycanda ilk dəfə vaskülarizə olunmuş limfa düyünü transferi (Vascularized Lymph Node Transfer – VLNT) əməliyyatı uğurla həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, bu müasir rekonstruktiv mikrocərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan üsul, xroniki limfedemanın, xüsusilə süd vəzi xərçəngi səbəbindən aparılan əməliyyat və limfa düyünlərinin çıxarılmasından sonra yaranan yuxarı ətraf limfedemasının müalicəsində tətbiq edilir.

 

Əməliyyat zamanı xəstənin kürəyinin yuxarı hissəsində yerləşən paraskapulyar nahiyədən qan damarları ilə birlikdə sağlam limfa düyünləri götürülərək qoltuqaltı nahiyəyə köçürülüb. Mikrocərrahi texnologiyalar vasitəsilə diametri 1 millimetrdən də kiçik olan damarlar xüsusi mikroskop altında birləşdirilib və köçürülmüş toxumanın qan təchizatı tam bərpa edilib.

 

Paraskapulyar donor sahə dünyada ən təhlükəsiz donor nahiyələrindən biri hesab olunur. Bu sahədən limfa düyünlərinin götürülməsi aşağı ətrafda limfedema yaranması riskini minimuma endirdiyi üçün son illərdə beynəlxalq praktikada geniş tətbiq edilir.

 

Vaskülarizə olunmuş limfa düyünü transferinin məqsədi limfa dövranını bərpa etmək, yeni limfa damarlarının əmələ gəlməsini stimullaşdırmaq və zədələnmiş nahiyədə limfa drenajını yaxşılaşdırmaqdır. Bu metod sayəsində xəstələrdə qolun şişkinliyinin azalması, təkrarlayan sellülit epizodlarının sayının əhəmiyyətli dərəcədə enməsi, kompressiya vasitələrindən asılılığın azalması və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması mümkündür.

 

Beynəlxalq elmi araşdırmalara əsasən, uyğun seçilmiş xəstələrdə əməliyyatdan sonra ətraf həcminin 20–60 faiz azalması müşahidə olunur, eyni zamanda infeksiya epizodlarının tezliyi əhəmiyyətli dərəcədə aşağı düşür.

 

Bu əməliyyat xroniki limfedemanın II–III mərhələsində olan, konservativ müalicədən kifayət qədər fayda görməyən, təkrarlayan dəri infeksiyaları keçirən və limfa damarlarının ciddi zədələnməsi səbəbindən digər mikrocərrahi üsulların effektiv olmadığı xəstələr üçün nəzərdə tutulur.

Azərbaycanda ilk dəfə icra olunan bu yüksək texnologiyalı mikrocərrahi müdaxilə ölkədə rekonstruktiv cərrahiyyənin inkişafında mühüm mərhələ olmaqla yanaşı, limfedemadan əziyyət çəkən xəstələrin müasir və effektiv müalicə üsullarına çıxış imkanlarını genişləndirir.

 

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında bu istiqamətdə əldə olunan uğur ölkəmizdə yüksək ixtisaslı mikrocərrahi xidmətlərin inkişafının növbəti göstəricisi hesab olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev