Tədris Cərrahiyyə Klinikasında makselyar sinus antrostomiyası uğurla icra olunub
09.07.2026 12:24

ATU-nun Tədris Cərrahiyyə Klinikasında burunətrafı ciblərin patologiyalarının müalicəsi məqsədilə endoskopik makselyar sinus antrostomiyası uğurla icra olunub.

 

Bu barədə Aztibb.az-a Klinikadan bildirilib.

 

Əməliyyat Tədris Cərrahiyyə Klinikasının Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının dosenti Ayaz Qasımov və Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının assistenti Bilal Əliyev tərəfindən icra olunub.

 

Makselyar sinus antrostomiyası burunətrafı ciblərin xəstəlikləri zamanı tətbiq olunan cərrahi müdaxilədir. Əməliyyatın məqsədi makselyar sinusun təbii drenajını və ventilyasiyasını bərpa etmək, sinus daxilində toplanmış iltihabi möhtəviyyatı və patoloji toxumaları xaric etməkdir. Bu üsul xüsusilə konservativ müalicəyə tabe olmayan xroniki sinusitlər, sinus kistaları, göbələk mənşəli zədələnmələr və digər patologiyalar zamanı effektiv nəticə verir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır