Ginekoloq: Endometrioz sonsuzluq riskini artıra bilər
09.07.2026 12:07

 

Endometrioz reproduktiv yaşda olan qadınlarda geniş yayılmış ginekoloji xəstəlikdir və təbii yolla hamilə qalma ehtimalını azalda bilər. Bu barədə ginekoloq Yekaterina Lisovskaya məlumat verib.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinaən yazır ki, həkimin sözlərinə görə, endometrioz zamanı uşaqlığın daxili qişasını təşkil edən hüceyrələr uşaqlıqdan kənarda inkişaf edir. Bu isə iltihab, ağrı və bitişmələrin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində uşaqlıq borularının keçiriciliyi pozula, yumurtalıqların funksiyası zəifləyə və embrionun uşaqlığa implantasiyası çətinləşə bilər.

 

Mütəxəssis qeyd edib ki, aybaşı zamanı güclü ağrılar, cinsi əlaqə və ya tualet zamanı ağrı endometriozun əlaməti ola bilər və belə hallarda ginekoloqa müraciət etmək vacibdir.

 

Lisovskaya vurğulayıb ki, endometrioz sonsuzluq demək deyil. Müasir müalicə üsulları, xüsusilə laparoskopiya, endometrioz ocaqlarını və bitişmələri aradan qaldıraraq reproduktiv funksiyanın bərpasına kömək edir və bir çox qadında təbii yolla hamilə qalmaq şansını artırır.

 

Həkim sonda xatırladıb ki, endometrioz uzun müddət simptomsuz keçə bilər. Buna görə qadınların mütəmadi ginekoloji müayinədən keçməsi və kiçik çanaq orqanlarını yoxlatdırması tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev